1 İyun 2016 10:15

Azərbaycan prezidenti İlham Əliyev bu gün 23-cü Beynəlxalq Xəzər Neft və Qaz sərgisinin açılışında iştirak edib.

Ölkə başçısı açılış nitqində Azərbaycanın təşəbbüsü ilə reallaşan iri enerji və infrastruktur layihələrindən söz açıb: "Bakı-Tbilisi-Ceyhan kəməri tikilməsəydi, enerji dəhlizi yaranmazdı. Daha sonra Bakı-Tbilisi-Ərzurum kəməri tikildi. Bu dəhliz üzrə hazırda nəqliyyat dəhlizi yaradılır, Şərq-Qərb dəhlizi reallaşır. İnanıram ki, Şərq-Qərb nəqliyyat dəhlizi bu ilin sonuna qədər istifadəyə veriləcək. Tərəfdaşlıq mövcud reallığı yaradıb. Beynəlxalq əməkdaşlığın təşəbbüskarı biz olmuşuq. Bizə lazım idi ki, neft-qaz kəmərləri tikilsin neft və qazımız dünya bazarlarına çıxsın. Tranzit, istehlakçı ölkələr də bunda maraqlıdırlar. İstehlakçı ölkələr alternativ mənbələrə çıxış əldə edəcək, tranzit ölkələr on illərlə gəlir əldə edəcəklər. Əgər 1990-cı illərdə üçtərəfli format yaranıbsa, bu gün bu format genişlənir. Artıq 7 ölkə Cənub Qaz Dəhlizinin üzvüdür. Balkan ölkələri ilə də müqavilələr imzalanıb".

Prezident bildirib ki, Azərbaycan qaz hasilatını artıracaq. Azəri-Çıraq-Günəşli yataqlar blokunun dərin laylarında da ciddi qaz ehtiyatları var. Biz daha geniş coğrafiyaya çıxmaq istəyirik. Azərbaycanın Cənub Qaz Dəhlizində liderlik rolu etiraf edilir. Məşvərət Şurasının yaradılması da böyük uğurdur. Biz bütün hədəflərə çatırıq. 2015-ci ildə TANAP layihəsinin, 2 ay əvvəl TAP layihəsinin təməli qoyuldu. Biz ardıcıl bütün hədəflərə çatırıq".//APA


Müəllif:
Загрузка...