1 İyun 2016 10:26

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti 1 İyun - Uşaqların beynəlxalq müdafisəi günü münasibətilə daha bir yeniliyə imza atıb.

Teleqraf.com-un məlumatına görə, "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib ki, təmsil etdiyi qurum bu münasibətlə metropoliten əməkdaşlarının uşaqlarının bir qrupunun yaradıcılıq işlərinin sərgisini təşkil edib. Onun sözlərinə görə, rəsm çəkmək bacarığı olan uşaqların əsərləri metronun 6 stansiyasında məhz onların bayramı günü nümayiş olunur: ""Sahil", "Memar Əcəmi", "Elmlər Akademiyası", "Gənclik", "Nəriman Nərimanov" və "Qara Qarayev" stansiyalarında 9 rəsm əsəri ilə tanış ola bilərsiniz".


Müəllif:
Загрузка...