20 İyun 2014 17:26

Azərbaycan səhiyyə naziri Oqtay Şirəliyev iyunun 20-də saat 11:30-dan etibarən axşam saatlarına kimi Balakən Mərkəzi Rayon Xəstəxanasında Balakən, Zaqatala, Qax, Qəbələ, Oğuz, rayon sakinlərini qəbul edib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a bildiriblər ki, ümumilikdə 31 nəfərin sağlamlıq problemləri, işlə təminat və s. məsələlərlə bağlı müraciətləri dinlənilib.

Qəbulda, həmçinin TYTŞ müdiri Gülmirzə Poladov, ET Göz Xəstəlikləri İnstitutunun direktoru Elmar Qasımov, ET Travmatologiya və Ortopediya İnstitutunun direktoru Vaqif Verdiyev, Mirqasımov adına Respublika Klinik xəstəxanasının baş həkimi Telman İbadov, akademik M.A. Topçubaşov adına Elmi-Cərrahiyə Xəstəxanasının baş həkimi Yusif Əliyev də iştirak ediblər.

Vətəndaşların müraciətində qaldırılan məsələlər nazirliyin müvafiq qurumlarının əməkdaşlarının iştirakı ilə araşdırılıb, onların bəziləri yerindəcə həllini tapıb.

Nazirliyin səlahiyyətlərinə aid olmayan məsələlər aidiyyəti üzrə çatdırılmaq üçün qeydiyyata alınaraq nəzarətə götürülüb.


Müəllif: