21 İyun 2014 21:06
834
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tərtər polisi narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxsi saxlayıb.

Teleqraf.com El TV-yə istinadən məlumat verir ki, bu, rayonun Sarov kənd sakini Kamal Əkbərovdur. Onun evindən və yardımçı tikilidən ümumilikdə 5 kiloqrama yaxın narkotik vasitə olan qurudulmuş marixuana aşkarlanıb.

K.Ələkbərov narkotik vasitəni çay kənarından yığaraq qurutduğunu deyib.

Faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır.


Müəllif: