22 İyun 2014 09:45
929
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Mercedes" ağaca çırpılıb, nəticədə 1 nəfər xəsarət alıb.

Teleqraf.com Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, Qusar rayonu, Hil kəndində (rayon mərkəzindən14 km aralı) "Mercedes" markalı minik avtomobili ağaca çırpılması nəticəsində yol-nəqliyyat qəza hadisəsi baş verib.

Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri cəlb olunublar. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, 1 nəfər sərnişin xəsarət alıb və nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalıb.

Yanğınsöndürən-xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə sərnişini avtomobildən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.


Müəllif: