22 İyun 2014 16:57
944

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Qusar rayonu, Hil kəndində (rayon mərkəzindən14 km aralı) “Mercedes” markalı minik avtomobili ağaca çırpılması nəticəsində yol-nəqliyyat qəza hadisəsi baş verib.


Teleqraf.com
nazirliyinin saytına istinadən xəbər verir ki, dərhal hadisə yerinə FHN-nin müvafiq xilasetmə qüvvələri cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, 1 nəfər sərnişin xəsarət alıb və nəqliyyat vasitəsində sıxılıb vəziyyətdə qalıb.

Yanğınsöndürən-xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə sərnişini avtomobildən çıxarmış və aidiyyəti üzrə təhvil veriblər.


Müəllif: