22 İyun 2014 23:23
777
12 Punto 14 Punto 16 Punto 18 Punto

Lənkəranda 70 yaşlı kişi dənizdə çimərkən boğulub.

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Sularda Xilasetmə Xidmətinin Cənub Dalğıc Qrupunun rəhbəri İlkin Ağayevin APA-ya verdiyi məlumata görə, Lənkəran şəhər sakini, 1944-cü il təvəllüdlü Akif Yunus oğlu Tağıyev iyunun 22-də saat 18.30 radələrində dənizdə çimərkən boğulub.

FHN-nin Dövlət Sularda Xilasetmə Xidmətinin Cənub Dalğıc Qrupunun dalğıclarının axtarışları sayəsində A.Tağıyevin cəsədi tapılaraq sudan çıxarılıb və aidiyyəti yerə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: