23 İyun 2014 09:52
916
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda bağlı qapı arxasından qalan 76 yaşlı qadının meyiti aşkar edilib.

Teleqraf.com Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, iyunun 22-də FHN-in "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Suraxanı rayonunda 1938-ci il təvəllüdlü Elmira Əbdülrəhman qızı mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə doqquzmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən mənzilə pəncərənin dəmir barmaqlıqlarını kəsərək daxil olublar. Mənzilə baxış keçirilərkən E.Əbdülrəhman qızı huşsuz vəziyyətdə aşkarlanıb.

Hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən aparılmış ilkin müayinə nəticəsində E.Əbdülrəhman qızının vəfat etdiyi müəyyən olunub. Qeyd olunan şəxsin cəsədi xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 22:54-də başa çatıb.


Müəllif: