23 İyun 2014 13:21
858
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda şəhərin mərkəzində yerləşən parkda quldurluq edən dəstənin üzvləri tutulub.

Bu barədə Teleqraf.com-a Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib.

Məlumata görə, iyunun 22-i saat 19 radələrində, Təbriz küçəsində yerləşən parkda üç nəfər naməlum şəxs İmişli rayon sakini Müstəqil Həsənovu bıçaqla hədələyib mobil telefonunu əlindən alıblar.

Nərimanov Rayon Polis İdarəsi Post Patrul Xidməti Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində quldurluqda şübhəli bilinənlər - Naxçıvan şəhər sakini 1996-cı il təvəllüdlü Vüsal Əliyev, Bakı şəhər sakini 1993-cü il təvəllüdlü Kamil Xıdırov və Abşeron rayon sakini 1992-ci il təvəllüdlü Abdulla Orucov tutulublar.

Hacı Zeynalov


Müəllif: