1 İyul 2016 09:50
915
12 Punto 14 Punto 16 Punto 18 Punto

Quba rayonunda yaşayış evinə basqın edilib. Teleqraf.com xəbər verir ki, hadisə rayonun Qonaqkənd qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini Asiya Baloğlanovanın evinə 3 nəfər maskalı şəxs basqın edib. Onlar ev sahibini hədələyərək, pul və məişət əşyaları aparıblar.

Hadisə ilə bağlı Quba rayon polis şöbəsinə məlumat verilib. Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Xaçmaz rayon sakini, əvvəllər məhkum olunmuş Elnur Abasov tutulub.

Elnur Abasovla birlikdə cinayəti törədən iki həmyerlisi də müəyyən edilib. Onların da tutulması üçün tədbirlər görülür.

Hacı Zeynalov


Müəllif: