1 İyul 2016 10:26
1 049
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Qaradağ rayonunda bir nəfər dənizdə boğulub.

Teleqraf.com xəbər verir ki, hadisə Sahil qəsəbəsi ərazisində qeydə alınıb.

Qəsəbə sakini, 21 yaşlı Vüqar Osmanov Xəzər dənizinin qadağan olunmuş ərazisində çimərkən boğularaq ölüb.

Oxşar hadisə Qusar rayonunda da baş verib. Rayonun Minaxuc kəndi ərazisində yerləşən süni göldə 1995-ci il təvəllüdlü Abdulkərim Həsənov boğulub.

Daha bir hadisə Göyçayın Şıxbəy kəndi ərazisində qeydə alınıb. Rayonun Qızılağac kənd sakini, 1963-cü il təvəllüdlü Eldəniz Məmmədov dostları ilə yeyib-içdikdən sonra Şıxbəy beton su kanalında çimmək istəyib. O, suda çimərkən boğulub.

Hacı Zeynalov


Müəllif: