1 İyul 2016 13:18

Abşeron rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə rayonun Mehdiabad qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini Orxan İsmayılov idarə etdiyi “Mercedes” markalı avtomobili yolun kənarındakı divara vurub. Sürücü hadisə yerində ölüb.

Faktla bağlı Abşeron rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif:
Загрузка...