1 İyul 2016 13:42
552
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daxili işlər orqanı əməkdaşlarının “Xaş-xaş-2016” əməliyyat tədbirləri regionlarda davam edir.

Teleqraf.com xəbər verir ki, Kəpəz rayon Polis İdarəsi əməkdaşlarının Gəncə şəhərində keçirdiyi əməliyyat zamanı ümumi çəkisi 1 ton 183 kiloqram olan 1728 çətənə kolu aşkar olunub.

Ağstafa rayon polis şöbəsi əməkdaşları Dağkəsəmən kəndi ərazisindən ümumi çəkisi 4 ton olan 8000 çətənə kolu tapıb.

Daha bir əməliyyat Gədəbəy rayonunda keçirilib. Polis əməkdaşları Arıqdam kəndi ərazisindən ümumi çəkisi 626 kiloqram olan 836 çətənə kolu aşkar edib.

Oxşar əməliyyat Ağsu rayonunda da keçirilib. Polis əməkdaşları Göydəlləkli kəndi ərazisindən ümumi çəkisi 214 kiloqram olan 673 ədəd çətənə kolu aşkarlayıblar.

Balakən rayon polis şöbəsi əməkdaşları tərəfindən Şambul kəndi ərazisindən ümumi çəkisi 173 kiloqram olan 430 ədəd yabanı halda bitmiş çətənə kolları tapılıb.

Aşkar olunan narkotik vasitələr məhv edilib.

Hacı Zeynalov


Müəllif: