1 İyul 2016 18:12
222

Gədəbəy rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Teleqraf.com xəbər verir ki, hadisə rayonun Miskinli kəndində qeydə alınıb.

Gədəbəy rayon sakini İbadət Quliyev idarə etdiyi “VAZ-2121” markalı avtomobili aşırıb.

Nəticədə İbadət Quliyev hadisə yerində ölüb, 1 sərnişini xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Gədəbəy rayon polis şöbəsi tərəfindən araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif: