2 İyul 2016 11:20
954
12 Punto 14 Punto 16 Punto 18 Punto

Goranboy rayon polis şöbəsinin əməkdaşları oğurluqla məşğul olan mütəşəkkil dəstənin iki üzvünü yaxalayıb.

Teleqraf.com xəbər verir ki, “Vanqa” ləqəbli Vaqif Hüseynov və İlkin Şıxıyev polis tərəfindən tutulublar.


Dəstə üzvləri Goranboy və Göygöl rayonlarında mağazaları, evləri, poçt şöbəsini soyan, subartezian quyularının elektrik kabellərini oğurlayıblar.

Dəstənin daha 5 üzvü bu ilin mayında həbs edilib.

Məlumata görə, “Vanqa” ləqəbi ilə tanınan Vaqif Hüseynov mütəşəkkil dəstənin başçısı olub. Onun bundan əvvəldə oğurluq etdiyi üçün məhkumluq həyatı yaşadığı bildirilir.

Faktla bağlı Goranboy rayon polis şöbəsində araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif: