2 İyul 2016 13:53

Şəki rayonunda intihara cəhd olub. Teleqraf.com xəbər verir ki, hadisə rayonun Şin kəndində qeydə alınıb.

Kənd sakini, 1985-ci il təvəllüdlü Spartak İsmayılov özünü Kiş çayına atıb. Amma o, ərazidə olan polis əməkdaşları tərəfindən çaydan çıxarılıb.

Məlumata görə, Spartak İsmayılov Şəki Ağır Cinayətlər Məhkəməsində hakim köməkçisi işləyib. Onun borca düşdüyü üçün intihara əl atdığı bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif:
Загрузка...