23 İyun 2014 16:51
638

Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirli bilinən Minas Əliyevin məhkəməsi başa çatıb.

Teleqraf.com-un xəbərinə görə, ötən il, iyulun 19-da Nərimanov rayonu S.Quliyev küçəsində Bakı şəhər sakini Minas Əliyev Abşeron rayon sakini Rahib Şahbazova bıçaq xəsarətləri yetirib və o, aldığı xəsarətdən hadisə yerində ölüb.

Hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə Minas Əliyev 11 il müddətinə azadlıqdan məhrum edilib.

Hacı Zeynalov


Müəllif: