2 İyul 2016 18:18
521
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gəncə şəhərində avtomobil qaçırmış şəxs tutulub.

Teleqraf.com xəbər verir ki, iyunun 30-da Gəncə şəhər sakini Sahib Rzayevə məxsus “Opel” markalı avtomobil qaçırılıb.

Avtomobilin iyulun 1-də Yevlax rayonu istiqamətində hərəkətdə olması Daxili İşlər Nazirliyinin Təhlükəsiz Şəhər Xidməti əməkdaşları tərəfindən aşkar edilib.

Görülmüş tədbirlər nəticəsində avtomobil Yevlax rayon polis şöbəsi dövlət yol polisi bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.

Nəqliyyat vasitəsini qaçırmış Goranboy rayon sakini, əvvəllər məhkum olunmuş Azər Nağıyev avtomobillə birgə Kəpəz rayon Polis İdarəsinə təhvil verilib.

Hacı Zeynalov


Müəllif: