2 İyul 2016 19:25
666
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xırdalan şəhərində bıçaqlanma hadisəsi baş verib. Teleqraf.com xəbər verir ki, Xırdalan şəhər sakini Mahir Mirzəbəyov bıçaqlanıb.

Mahir Mirzəbəyov kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib. Vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub.

Abşeron rayon polis idarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən Xırdalan şəhər sakini Fərid Cəfərov tutulub.

Məlumata görə, Fərid Cəfərovun Mahir Mirzəbəyova pul borcu olub. Elə mübahisə də bunun üstündə olub.

Hacı Zeynalov


Müəllif: