2 İyul 2016 20:55
536
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mingəçevir şəhərində silah-sursatın aşkar olunması ilə bağlı əməliyyat keçirilib.

Teleqraf.com xəbər verir ki, Mingəçevir şəhər polis şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Yevlax rayon sakini Elmir Rzayevin idarə etdiyi “Mercedes” markalı avtomobil saxlanılıb.

Avtomobilə baxış zamanı “AKM” markalı silah, 34 ədəd patron və 2 ədəd patron darağı aşkar edilərək götürülüb.

Hacı Zeynalov


Müəllif: