3 İyul 2016 12:09

İsmayıllı rayonunda dəhşətli yol qəzası baş verib.

İsmayıllı-Qəbələ yolunun Qurbanəfəndi kəndindən keçən hissəsində "Mercedes" markalı avtomobil sürücünün idarəetməsindən çıxaraq aşıb. Nəticədə avtomobilin sürücüsü, 1984-cü il təvəllüdlü Asim Müsavər oğlu Alıyev, sərnişinləri, 1983-cü il təvəllüdlü Uğur Bünyat oğlu Mürsəlov və 1987-ci il təvəllüdlü Elbrus Elman oğlu Həlimov aldıqları ağır xəsarətlərdən vəfat ediblər.

Məlum olub ki, ölənlərin hamısı Qəbələnin Vəndam kənd sakinləridir. Onlar Bakıdan rayon istiqamətinə hərəkət edirmiş və yüksək sürətlə hərəkət edən avtomobil döngədə idarəetmədən çıxaraq aşıb.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və Təhqiqat İdarəsində araşdırma aparılır.

Ötən gün də ölkə ərazisində öülmlə nəticələnən yol qəzaları baş verib. Həmin hadisələrdən biri Tovuz rayonunun Qovlar şəhərində qeydə alınıb. Şəhər sakini Lətafət Alıyevanın idarə etdiyi “Hyundai” və Bakı şəhər sakini Elşən Həsənovun idarə etdiyi “Nissan” markalı avtomobillər toqquşub. Nəticədə E.Həsənov və sərnişini, anası Almaz xəstəxanaya yerləşdirilsədə bir müddət sonra Almaz orada dünyasını dəyişib.

Ölümlə nəticələnən daha bir qəza isə Səbail rayonunun Bibiheybət qəsəbəsində baş verib. Bakı şəhər sakini Vasif Hüseynov idarə etdiyi “Hyundai” markalı avtomobillə yolu keçən Ağsu rayon sakini Eldəniz Mehdiyevi vurub. Xəstəxanaya yerləşdirilmiş E.Mehdiyev orada ölüb./Ans/


Müəllif:
Загрузка...