3 İyul 2016 15:39
583
12 Punto 14 Punto 16 Punto 18 Punto

Beyləqan rayonu, Dünyamalılar kəndində vətəndaşa məxsus "MERCEDES" markalı minik avtomobili yol kənarından keçən qaz borusuna çırpılaraq yanğınla nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf.com Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, yanğın nəticəsində avtomobilin yanar hissələri yanıb. Ərazidəki ağaclar yanğından mühafizə olunub. Yanğın saat 00:29-da yanğınsöndürənlər tərəfindən söndürülüb.


Müəllif: