3 İyul 2016 20:36
609
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün saat 18:00 radələrində Bakının Binəqədi rayonunda Əcəmi Naxçıvani küçəsində yerləşən kafedə yanğın başlayıb. Hadisə yerinə 3 yanğınsöndürən briqadası cəlb olunub.

Kafenin bir zalı və avtoyuma məntəqəsi yanıb. Yanğın 18:30-da söndürülüb.

İlkin məlumata görə, yanğına səbəb kafenin elektrik naqilindəki qısa qapanma olub. Yanğın nəticəsində xəsarət alan olmayıb.


Müəllif: