4 İyul 2016 11:10

Nəsimi rayonunda 22 yaşlı qızın qətlə yetirilməsinin bəzi təfərrüatları məlum olub.

Teleqraf.com xəbər verir ki, Gülpəri Aslanlı iyulun 3-də, axşam saatlarında Füzuli küçəsində yerləşən telefon satışı mağazasında öldürülüb.

Məlumata görə, hadisə qısqanclıq zəminində baş verib. Gülpəri Aslanlı özündən 33 yaş böyük olan Vidadi Qarayev ilə sevgili olublar. Amma son günlər Vidadi Qarayev 22 yaşlı sevgilisinin başqa bir oğlanla münasibət saxlamasını bilib. Elə buna görə də mağazada onların arasında mübahisə yaranıb. Mübahisə sonda qanlı cinayətlə nəticələnib.

Məlumata görə, Vidadi Qarayev mağazanın sahibidir, Gülpəri Aslanlı isə həmin mağazda satıcı işləyib.

09.55

Bakının Nəsimi rayonunda qətl hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, Bakı şəhər sakini, 1961-ci il təvəllüdlü Vidadi Qarayev tanışı, 1994-cü il təvəllüdlü Gülpəri Aslanlını bıçaqlayaraq öldürüb.

Hadisəni törədən Vidadi Qarayev tutulub.

Faktla bağlı Nəsimi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif:
Загрузка...