4 İyul 2016 10:28
733
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daşkəsən rayonunda narkotiklərlə bağlı əməliyyat keçirilib.

Teleqraf.com xəbər verir ki, Daşkəsən rayon polis şöbəsi əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Vüqar Həsənov həbs edilib.

Vüqar Həsənovdan 1 kiloqram 865 qram marixuana götürülüb.

Faktla bağlı cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif: