4 İyul 2016 11:53
1 064
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində adam öldürməyə cəhd, oğurluq və qanunsuz silah saxlamaqda təqsirli bilinən Yevgeniy Antonovskiy, Andrey Pavlenko və Fərqanət Qasımovun cinayət işi üzrə məhkəmə başa çatıb.

Teleqraf.com xəbər verir ki, məhkəmənin hökmü ilə Yevgeniy Antonovskiy 17 il, Andrey Pavlenko və Fərqanət Qasımovun hər biri 4 il müddətinə azadlıqdan məhrum edilib.

Dəstə üzvləri Bakı şəhər Baş Polis İdarəsinin Cinayət-Axtarış İdarəsi və Xətai Rayon Polis İdarəsinin 37-ci polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həbs ediliblər.

Onlar ötən ilin oktyabrın 26-da Xocalı prospektində quraşdırılmış “Milli Ön” ödəmə terminalından 1100 manat oğurlayıb.

Keçirilən əməliyyat zamanı Yevgeniy Antonovskiy polis əməkdaşlarından birinə xəsarət yetirib.

Hacı Zeynalov


Müəllif: