4 İyul 2016 14:17
634
12 Punto 14 Punto 16 Punto 18 Punto

Beyləqan rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, rayon sakini Yaşar İmanov idarə etdiyi “Mercedes” markalı avtomobili yol ayırıcısına vurub və avtomobildə yanğın baş verib.

Nəticədə Y.İmanovun azyaşlı sərnişini Zaur Novruzov hadisə yerində ölüb.

Faktla bağlı Beyləqan rayon polis şöbəsi tərəfindən araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif: