4 İyul 2016 23:34
556
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı şəhərində qaraş, Şabranda isə mikroavtobus yanıb.

Teleqraf.com-un Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakı şəhəri, Nəsimi rayonunda vətəndaşa məxsus ümumi sahəsi 15 kv.m olan qarajın yanar konstruksiyaları yanıb. Yüksək temperaturdan qarajın içərisində olan vətəndaşa məxsus “Mercedes” markalı minik avtomobilinin qabaq buferi və güzgüsü deformasiyaya uğrayıb. Bitişik digər qaraj və avtomobil yanğından mühafizə olunub.

Şabran rayonu, Taxtakörpü kəndində isə vətəndaşa məxsus "Ford" markalı sərnişin mikroavtobusunun mühərrikində elektrik avadanlıqları yanıb. Avtomobilin qalan hissəsi yanğından muhafizə olunub.

Hər iki halda yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.


Müəllif: