5 İyul 2016 12:19

Bakının Nəsimi rayonunda dəhşətli qətl hadisəsi törədilib.

Teleqraf.com xəbər verir ki, hadisə 4-cü mikrorayon ərazisində yerləşən evlərdən birində qeydə alınıb.

Sumqayıt şəhər sakini, 1974-cü il təvəllüdlü Əvəz Qasımov qısqanclıq zəminində Bakı şəhər sakini, 1987-ci il təvəllüdlü Rəhim Süleymanovu bıçaqlayaraq öldürüb.

Məlumata görə, hadisə baş verən evdə Əvəz Qasımovun qeyri-rəsmi nikah münasibətlərində olduğu qadın kirayədə yaşayıb.

Əvəz Qasımov evə gələrkən qeyri-rəsmi münasibətdə olduğu qadını Rəhim Süleymanovla bir yerdə görüb.

Nəticədə Əvəz Qasımov Rəhim Süleymanovu öldürüb.

Cinayəti törədən Əvəz Qasımov daha sonra yaşadığı Sumqayıt şəhərinə qaçıb. Sumqayıt şəhər Polis İdarəsinin əməkdaşları onu həbs edib.

Faktla bağlı Nəsimi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif:
Загрузка...