5 İyul 2016 16:36
1 013
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gəncə Ağır Cinayətlər Məhkəməsində qonşusunu qətlə yetirməkdə təqsirli bilinən 35 yaşlı Rəşad Babayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, 2015-ci ilin noyabrın 3-də Goranboy rayonunda qonşular arasında başlayan mübahisə 23 yaşlı gəncin qətlə yetriliməsi ilə nəticələnib. Hadisə rayonun Nizami kəndində yerləşən çayxanada baş verib.

23 yaşlı Həsən Həsənov kəndin mərkəzində işlətdiyi çayxanada həmyerlisi, 35 yaşlı Rəşad Babayevlə mübahisə edib. Rəşad üstündə gəzdirdiyi bıçaqla Həsənə ürək nahiyəsindən zərbə endirib. Yaralı dərhal Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq 23 yaşlı gəncin həyatını xilas etmək mümkün olmayıb.

Goranboy rayon polis şöbəsinin və rayon prokurorluğunun keçirdiyi əməliyyat axtarışları nəticəsində cinayəti törədən Rəşad Babayev saxlanılıb.

Əvvəllər məhkumluq həyatı yaşamış Rəşad Babayev Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) və 221.3-cü (xuliqanlıq) maddələri ilə ittiham edilib.

Məhkəmənin hökmü ilə Rəşad Babayev 20 il müddətinə azadlıqdan məhrum edilib.

Hacı Zeynalov


Müəllif: