5 İyul 2016 22:56

İyunun 5-də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Balakən rayon Polis şöbəsinin əməkdaşları tərəfindən əkilən və ya yabanı halda bitən narkotik xassəli bitkilərin aşkar edilməsi məqsədilə Zaqatala Dövlət Təbiət Qoruğunun ərazisində növbəti əməliyyat-axtarış tədbirləri keçirilib.

Nazirliyin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, Azərbaycan Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının 2016-ci il üçün “İş Planı” çərçivəsində birgə keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Zaqatala Dövlət Təbiət Qoruğunun gərəkli sahəsinin 9 saylı dolayının 8 yerində müxtəlif ölçülərdə aqrotexniki qaydada qulluq olunmuş narkotik xassəli çətənə bitkisi olduğu güman edilən kollar aşkar edilib.

Eyni zamanda sözügedən ərazidə 3 polietilen örtüklü kiçik istixanada çoxlu sayda kiçik ölçülü narkotik xassəli bitki, 2 yerdə isə çadırdan düzəldilmiş 2 sığınacaq müəyyən olunub.

Hazırda faktla bağlı müvafiq araşdırmalar aparılır.


Müəllif:
Загрузка...