6 İyul 2016 17:35

Bakının Qaradağ rayonunda xuliqanlıq cinayəti baş verib. Teleqraf.com xəbər verir ki, hadisə rayonun Lökbatan qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini, 1956-cı il təvəllüdlü Səbahəddin Məmmədov döyülüb. O, bədən xəsarəti alıb.

Araşdırmalar zamanı məlum olub ki, Səbahəddin Məmmədov Nadir adlı şəxs tərəfindən döyülüb. Hadisə zamanı Səbahəddin Məmmədov içkili olub.

Faktla bağlı Qaradağ rayon Polis İdarəsinin 10-cu polis bölməsi tərəfindən araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif:
Загрузка...