7 İyul 2016 00:52

Göyçay rayonunda suda boğulma hadisəsi baş verib. Teleqraf.com Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Göyçay rayonu, Dövranlı kəndi ərazisindən keçən Şirvan kanalına 1 nəfərin (yaxınlıqdakı xilasetmə məntəqəsindən 120 km aralıda nəzarətsiz ərazidə) düşməsi barədə məlumat daxil olub.

Dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunub və 2002-ci il təvəllüdlü Məmmədov Vüqar Elşad oğlunun cəsədini atdığı yerdən 1000 metr aralıda tapıb çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat saat 19:15-də başa çatıb.


Müəllif:
Загрузка...