7 İyul 2016 01:32

Siyәzәn rayonunda 4 nәfәri it dişlәyib.

Hadisә rayonun Sәdan kәndindә qeydә alınıb.

Kәnd sakinlәri 2006 -cı il tәvәllüdlü Mәmmәdzadә Amin Şabәddin oğlu, 2012 -ci il tәvәllüdlü Süleymanlı Koroğlu İslam oğlu, 1967 -ci il tәvәllüdlü Sәfәrov Namiq Şahbala oğlu və 49 yaşlı Qasımova Sәnәm Rasim qızı Siyәzәn Regional Müalicә Diaqnostika Mәrkәzinә müraciәt ediblәr.

Onlara lazımı tibbi yardım göstәrildikdәn sonra evә buraxılıb.
/APA/


Müəllif: