23 İyun 2014 23:12
1 009
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tovuzda avtomobil aşıb, 1 nəfər ölüb 4 nəfər yaralanıb.

Teleqraf.com Kəpəz TV-yə istinadən xəbər verir ki, bu gün axşam saat 20:00 radələrində Tovuz rayonu ərazisində 1 nəfərin ölümü ilə nəticələnən avtoqəza qeydə alınıb.

Rayonun Aşağıquşçular kəndindən Sarıtala kəndinə gedən VAZ 2106 markalı avtomobil elə dağ kəndi ərazisində dərəyə aşıb. Nəticədə bir ailənin 5 üzvü 5 yaşlı Lalə Hüseynova, 46 yaşlı Aybəniz Hüseynova, 77 yaşlı Gülarə Hüseynova, 19 yaşlı Səbinə Hüseynova bədən xəsarətləri alıb. Yaralılar dərhal Tovuz rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Qəza zamanı ağır xəsarət alan avtomobilin sürücüsü 52 yaşlı Sərdar Hüseynovun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: