7 İyul 2016 21:33

Daxili işlər naziri, generel-polkovnik Ramil Usubovun əmri ilə Nərimanov rayon Polis İdarəsinin rəisi İsmayıl Əsədov vəzifəsindən azad olunub.

Teleqraf.com aznews.az-a istinadən xəbər verir ki, Əsədov İsmayıl Həmid oğlu Kürdəmir rayon Polis İdarəsinə rəis təyin edilib.

İ. Əsədov bu gün kollektivlə vidalaşıb.

Xatırladaq ki, Kürdəmir Rayon Polis Şöbəsinin rəisi Oqtay İlyas oğlu Məmmədov Ədliyyə Nazirliyi Penitensiar Xidmət rəisinin birinci müavini təyin olunub.


Müəllif:
Загрузка...