8 İyul 2016 08:14
567
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda 11 yaşlı uşaq quduzluqdan dünyasını dəyişib.

Teleqraf.com Virtualaz.org-a istinadən xəbər verir ki, onu 15 gün əvvəl kənddə it dişləyibmiş. Buna görə də valideynləri həkimə müraciət ediblər.

Salyan Rayon Mərkəzi Xəstəxanasının həkimləri ona quduzluq diaqnozu qoyaraq müvafiq müalicə təyin ediblər. Amma buna baxmayaraq, uşağın səhhəti günü-gündən ağırlaşdığından bir neçə gün əvvəl onu Bakıdakı 1 saylı Şəhər Klinik Xəstəxanasının yoluxucu xəstəliklər şöbəsinə gətiriblər.

Müalicəsi orada davam etdirilsə də nəticə verməyib, uşaq bu gün dünyasını dəyişib və kəndə gətirilərək dəfn olunub.


Müəllif: