8 İyul 2016 11:30
1 988
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gəncə şəhəri Nizami Rayon Polis İdarəsinin post-patrul xidmətinin əməkdaşı, polis serjantı, 1985-ci il təvəllüdlü Sakin Nəbiyev və polis serjantı, 1991-ci il təvəllüdlü Tural Kazımovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.


Teleqraf.com xəbər verir ki, onlar Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, ağır nəticələrə səbəb olduqda) maddəsi ilə təqsirli biliniblər.

Sakin Nəbiyev və Tural Kazımov Gəncədə Nizami rayon polis şöbəsinin əməkdaşı olublar. Onlar Gəncə şəhərinin Kəpəz rayonunda A.S. ad-soyadlı qadının evinə gəliblər. Qadınla polislər arasında şəxsi münasibətlər zəminində münaqişə yaranıb və həmin qadın özünü yaşadığı binanın 4-cü mərtəbəsindən atıb. A.S. ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxslərin hər biri qazanclarının 20%-i məbləğində pul tutulmaqla 2 il müddətinə islah işləri cəzasına məhkum ediliblər.

Hadisədən bir neçə ay əvvəl Sakin Nəbiyev və Tural Kazımov daxili işlər orqanlarından xaric olunub.

Hacı Zeynalov


Müəllif: