8 İyul 2016 11:54
1 259
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində həmcinslərini cinsi istismara məruz qoymaqda təqsirli bilinən Nailə Bağırın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Nailə Bağır 8 il müddətinə azadlıqdan məhrum edilib.

Nailə Bağır 2013-cü ildə iki qadını Türkiyəyə aparaq onları cinsi istismara qoyub. Zərərçəkən şəxslər 2016-ci ildə Nailə Bağırdan şikayət edərək, onları satdığını bildiriblər.

Nailə Bağır Daxili İşlər Nazirliyinin İnsan Alveri Baş Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Onu da qeyd edək ki, Nailə Bağır 2009-cu ildə də eyni əmələ görə tutulub. O, həmin il Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 5 il müddətinə azadlıqdan məhrum edilin. Bakı Apelyasiya Məhkəməsində onun cəzası 3 ilə endirilib. 2012-ci ildə azadlığa çıxıb.

Bundan iki il sonra yenidən barəsində cinayət işi başlayıb.

Hacı Zeynalov


Müəllif: