8 İyul 2016 13:42
419

Xaçmaz rayonunda iş adamını qətlə yetirən şəxs məsuliyyətə cəlb olunub.

Teleqraf.com xəbər verir ki, iyunun 16-da Xaçmaz şəhərində yaşayan İlqar Məmmədovun küt alətlə qətlə yetirilmiş meyiti evinin həyətində tapılıb.

Polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində İlqar Məmmədovu qarət məqsədilə qətlə yetirməkdə şübhəli bilinən Xaçmaz rayon sakini Qalib Kərimov tutulub, digər şəxs isə müəyyən edilib.

Qeyd edək ki, evində qətlə yetirilən iş adamı İlqar Məmmədov əvvəllər orta məktəbdə müəllim işləyib. Sonradan bizneslə məşğul olmağa başlayıb. Onun Xaçmaz şəhərində bir neçə mağazasının olduğu bildirilir. Bu hadisəyə qədər İlqar Məmmədovun evindən oğurluq edilib.


Bir neçə ay bundan əvvəl isə növbəti oğurluğa cəhd olunub.

Hacı Zeynalov


Müəllif: