8 İyul 2016 14:41
700
12 Punto 14 Punto 16 Punto 18 Punto

Göyçay şəhərində bıçaqlanma hadisəsi baş verib.

Teleqraf.com ki, hadisə Göyçay şəhərindəki yeməkxanalardan birində qeydə alınıb.

Göyçay şəhər sakini Orxan Qasımov münaqişə zəminində qardaşı Vüsala, həmyerliləri Mübariz Vəliyevə və Ənvər Kərimova bıçaqla xəsarət yetirib. Göyçay rayon polis şöbəsi əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində Orxan Qasımov tutulub.

Məlumata görə, Orxan Qasımov qardaşı Vüsalla birlikdə həmin yeməkxanaya gəlib. Orada qohumları Mübariz Vəliyev və Ənvər Kərimovla rastlaşıblar. Onlar yeməkxanada yeyib-içiblər. İçki məclisinin sonunda mübahisə yaranıb. Elə mübahisə də pul üstündə baş verib. Bu zaman Orxan Qasımov bıçağa əl atıb.

Faktla bağlı cinayət işi başlayıb.

Hacı Zeynalov


Müəllif: