8 İyul 2016 16:48

Bu gün Bakı Apelyasiya Məhkəməsində hədə-qorxu gəlməkdə təqsirləndirilən şair Saday Şəkərli barəsində hökmdən verilmiş apelyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, hakim Camal Ramazanovun sədrlik etdiyi prosesdə təqsirləndirilən şəxsin vəkili Bəhruz Bayramovun ötən prosesdə verdiyi vəsatətlərlə bağlı qərar açıqlanıb. Vəkilin apelyasiya şikayətinə istintaqla baxılması, həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı vəsatətləri təmin edilməyib.

Məhkəmə baxışı iyulun 22-nə təyin olunub.

İttiham aktına görə, Saday Şəkərli külli miqdarda əmlak əldə etmək məqsədilə Vergilər Nazirliyinin vəzifəli şəxsi haqqında kütləvi informasiya vasitələrində ifşaedici, onu nüfuzdan salan, uydurma yazılar yazmaqla, barəsində rüsvayedici məlumatlar yayma hədəsi 10 min manat məbləğində pul tələb edib.

O, Cinayət Məcəlləsinin 182.3.2-ci (külli miqdarda əmlakı hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham edilib. Bu il may ayının 16-da Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il müddətinə azadlıdan məhrum edilib.

Saday Şəkərli Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.

Hacı Zeynalov


Müəllif:
Загрузка...