10 İyul 2016 08:58
655
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sabirabad rayonunda motosikl aşıb.

Teleqraf.com-un EL TV-yə (Region TV) istinadən verdiyi xəbərə görə, sürücünün ağır yaralanması ilə nəticələnən hadisə rayonun Ələmbəyli kəndində qeydə alınıb.

Kənd sakini, 1979-cu il təvəllüdlü Rasim Ənvər oğlu Süleymanov motosikli idarə edərkən yoldan çıxıb və idarəetməni itirib. O, ağır kəllə-beyin travması ilə Şirvan şəhər Xəstəxanasının reanimasıya şöbəsinə yerləşdirilib.

Faktla bağlı Sabirabad rayon Polis Şöbəsində araşdırma aparılır.


Müəllif: