24 İyun 2014 10:15
1 411
12 Punto 14 Punto 16 Punto 18 Punto

Lənkəranda qətl hadisəsi baş verib.

Lənkəran rayon Prokurorluğundan Teleqraf.com-a verilən məlumata görə, hadisə bu gecə, saat 02:00-da qeydə alınıb.

Məlumata görə, rayonun Göyüşaban kənd sakini, 1992-ci il təvəllüdlü Elnur Kişiyev və 1991-ci il təvəllüdlü Bəhruz Mikayılov arasında mübahisə yaranıb. Gənclərin mübahisəsi sonradan davaya çevrilib.
Dava zamanı Elnur Kişiyev bıçaqla Bəhruz Mikayılovun ürəyindən vurub. Bəhruz Mikayılov aldığı bıçaq xəsarətindən dünyasını dəyişib. Elnur Kişiyev həbs edilib.

Faktla bağlı cinayət işi başlayıb.

Hacı Zeynalov


Müəllif: