11 İyul 2016 09:03
581
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qax rayonu, Almalı kəndində vətəndaşa məxsus ümumi sahəsi 1760 kv.m olan fermanın çardağının yanar konstruksiyaları 300 kv.m sahədə və çardağa yığılmış 3 ton ot bağlaması yanıb.

Teleqraf.com Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, fermanın və evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 02:41-də yanğınsöndürənlər tərəfindən söndürülüb.


Müəllif: