11 İyul 2016 09:58

Lənkəran şəhərində bıçaqlanma hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə Nərimanabad qəsəbəsində qeydə alınıb.

Ağstafa rayon sakini, 34 yaşlı Nurlan Sultanov bıçaqlanıb. O, bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub.

Araşdırmalar zamanı məlum olub ki, Nurlan Sultanov Ağstafa rayonunun Saloğlu qəsəbəsində anadan olub. Bir neçə il əvvəl ailə həyatı quran Nurlan Sultanov Nərimanabad qəsəbəsinə köçüb.

İyulun 10-da axşam saatlarında Nurlan Sultanov dostu Faiq adlı şəxslə kafelərdən birində yeyib-içib. İçki məclisinin sonunda dostlar arasında mübahisə yaranıb.

Mübahisə zamanı Faiq Nurlan Sultanovu söyüb. Bu zaman onların arasında dava baş verib. Dava zamanı Faiq stolun üstündə olan bıçaqla Nurlan Sultanovu vurub.

Hadisəni törədən Faiq adlı şəxs hadisə yerindən qaçıb. Hazırda polis əməkdaşları cinayəti törədən şəxsin tutulması üçün tədbirlər görür.

Faktla bağlı cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif:
Загрузка...