11 İyul 2016 12:58
865
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nərimanov rayonu ərazisində restoranda dava olub.

Teleqraf.com xəbər verir ki, rayon ərazisindəki restoranlardan birində ictimai asayişi pozan Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş Laçın İsmayılov və Fuad Şahverdiyev Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Onlar 18-ci polis bölməsinə təhvil veriliblər.

Binəqədi rayon Polis İdarəsinin 7-ci polis bölməsi əməkdaşları tərəfindən Laçın İsmayılovun iyulun 9-da Zamir Mehdiyevə və Abdulla Nurəliyevə məxsus mobil telefonları oğurladıqları müəyyən edilib.

Məlumata görə, Laçın İsmayılov oğurladığı telefonları satıb və dostu Fuad Şahverdiyevlə birlikdə Nərimanov rayonunda restoranda yeyib-içiblər. Sərxoş olan dostlar sonra orada dava salıblar.

Faktla bağlı cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif: