11 İyul 2016 13:30
769
12 Punto 14 Punto 16 Punto 18 Punto

İmişli rayonunda bədbəxt hadisə baş verib. Teleqraf.com xəbər verir ki, Buludlu kəndində yaşayan Fəqan Abbasov evinin zirzəmisində elektrik cərəyanı vurması nəticəsində ölüb.

Oxşar hadisə Xaçmaz rayonunda da qeydə alınıb. Rayonun Qoçaqlı kənd sakini, 28 yaşlı Nəbi Kamilov evində elektrik enerjisində yaranan nasazlığı aradan qaldırarkən cərəyan onu vurub. Nəbi Kamilov Xaçmaz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hazırda Nəbi Kamilovun vəziyyəti stabildir.

Bundan başqa, Göyçay rayon sakini Sənan Babayev Qəbələ rayonunun Nohurqışlaq kəndində yerləşən “Nohur” gölündə çimərkən boğulub. Onun meyiti sudan çıxarılıb.

Daha bir hadisə Astara rayonunda qeydə alınıb. Rayon sakini Mehriban Ağayeva Lovain kəndinin su ambarına düşərək boğulub. Mehriban Ağayevanın meyiti sudan çıxarılıb.

Hacı Zeynalov


Müəllif: