11 İyul 2016 16:37

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində rüşvət almaqda təqsirləndirilən Xızı rayon Arxiv İdarəsinin vəzifəli şəxsi Paşa Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə Paşa Məmmədov 9 il müddətinə azadlıqdan məhrum edilib. Onun barəsində olan başqa yerə getməmək barədə qəti imkan tədbiri ləğv edilib və o, məhkəmə zalından həbs edilib.

Paşa Məmmədov Xızı rayonu sakini Kərimulla Kərimovdan qaz xəttinin çəkilməsi üçün Arxiv İdarəsindən arayış vermək üçün 2500 manat istəyib.

Kərimulla Kərimov imkanı olmadığı üçün 1300 manat verə biləcəyini deyib. Sonra Kərimulla Kərimovun şikayəti əsasında Paşa Məmmədov saxlanılıb.

Paşa Məmmədov Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsi ilə ittiham edilib.

Hacı Zeynalov


Müəllif:
Загрузка...