12 İyul 2016 16:36
693

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində insan alverində ittiham olunan 1966-cı il təvəllüdlü Xanım İsmayılovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, Bakı şəhər sakini Xanım İsmayılovanı Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları həbs edib.

Xanım İsmayılovanın bir qrup şəxslə əlbir şəkildə Azərbaycan vətəndaşı olan qadınları Türkiyənin İstanbul şəhərinə apardığı müəyyən edilib.

Hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə hökm elan olunub. Xanım İsmayılova 9 il müddətinə azadlıqdan məhrum edilib.

Hacı Zeynalov


Müəllif: